Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq

Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq

KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasında iştirak edən qırğız hərbçiləri yanvarın 14-də vətənlərinə qayıdacaqlar.

ONN media xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasına 150 Qırğızıstan hərbçisi və 19 texnikası qatılıb. Onlar Almatıda strateji obyektlərin mühafizəsini öz üzərinə götürüblər.

Geri qayıt