KTMT qüvvələri Qazaxıstandan çıxmağa başladı

KTMT sülhməramlılarının tərkibindəki Rusiya desantlarının ilk bölməsi 4 İl-76 təyyarəsi ilə vətənə qayıdıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Almatı aerodromundan havaya qalxan İL-76-lar əlverişsiz hava şəraitinə baxmayaraq “İvonovo-Severni” aerodromuna eniş ediblər.