Goranboy sakini minaya düşdü

Goranboy sakini minaya düşdü

Goranboyun gənc sakini minaya düşüb.

ONN media  xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Belə ki, kəndin 26 yaşlı sakini Vüqar Maqsud oğlu Məmmədov minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.

V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.

Geri qayıt