Snup Doqdan Qədir Rüstəmovla bağlı paylaşım

Dünyaca məşhur reper Snup Doq mərhum Xalq artisti Qədir Rüstəmovla bağlı paylaşım edib.
ONN media xəbər verir ki, sənətçi 15,5 milyon izləyicisi olan “Clips” adlı instaqram səhifəsinin paylaşımını öz stori bölümündə yerləşdirib.
“Ay Zaur” proqramından olan arxiv görüntülərdə Qədir Rüstəmovun muğam oxuyur.
Bu paylaşım bəzi səhifələrdə təqdirəlayiq hadisə kimi təqdim edilsə də, əslində, ingilis dilindən azərbaycancaya çevirəndə dünya şöhrətli ulduzun Qədir Rüstəmovu ələ saldığı məlum olur.