Amerikalı komediya ustası vəfat etdi

Amerikalı komediya ustası və aktyoru Lui Anderson Las-Veqasda (Nevada, ABŞ) 69 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə TMZ portalı aktyorun publisistinə istinadla məlumat yayıb.
Bildirilib ki, Anderson səhər xəstəxanada qan xərçəngindən dünyasını dəyişib.
"Variety" jurnalının məlumatına görə, Anderson Conni Karsonun baş rolda olduğu "The Tonight Show" (1984) filmindəki çıxışından sonra məşhurlaşıb. Bundan sonra o, "Ferris Bueller's Day Off "(1986) və "Coming to America" (1988) kimi filmlərdə rol alıb.
Anderson 1995-ci ildə əsasən öz uşaqlığından ilhamlanan "Life With Louie" (1995) cizgi serialının prodüserliyini edib.