Əfqanıstanda partlayış oldu, ölənlər var

Əfqanıstanda partlayış oldu, ölənlər var

Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə yerli "Etilaat Roz" qəzeti mənbələrə istinadən bildirib.

İlkin məlumata görə, Heratın Hacı Abbas məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

"Taliban" hərəkatının regional nümayəndələri partlayışı təsdiqləyiblər.

Geri qayıt