Nazir rəisi işdən çıxardı

Nazir rəisi işdən çıxardı

Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R.Mustafayev müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşıdır.

Geri qayıt