Tezliklə səmalarda uçan avtomobilləri görəcəyik - Razılıq verilir

Tezliklə səmalarda uçan avtomobilləri görəcəyik - Razılıq verilir

Uçan avtomobil “AirCar” uçuşa yararlılıq sertifikatı alır.

“AirCar” adlı avtomobil saatda 160 km-dən çox sürətə və 2500 metr yüksəkliyə çata bilir. Avtomobilin uyğunluq sertifikatı Slovakiyanın Nəqliyyat İdarəsi tərəfindən verilib.

ONN media xəbər verir ki, hibrid avtomobil təyyarəsi olan “AirCar” BMW mühərriki ilə təchiz edilib və adi benzin nasos yanacağı ilə işləyir. “AirCar”ın avtomobildən təyyarəyə çevrilməsi iki dəqiqə 15 saniyə çəkir. 

Şirkət yararlılıq sertifikatı 70 saatlıq uçuş sınağı və 200-dən çox uçuş və eniş etdikdən sonra alıb. 

Uçan avtomobili hazırlayan professor Stefan Klein deyib: “Bu sertifikat səmərəli uçan avtomobillərin kütləvi istehsalına imkanlar açır. Bu, orta məsafəli səyahətləri əbədi olaraq dəyişdirmək qabiliyyətimizin rəsmi və yekun təsdiqidir”.

Uçan avtomobil keçən ilin iyununda Nitra və Slovakiyanın Bratislava beynəlxalq hava limanları arasında 35 dəqiqəlik uçuş həyata keçirdi.

Şirkət yaxın vaxtlarda Parisdən Londona uçmağı planlaşdırır.

Geri qayıt