Yevlaxda ağır qəza: yaralılar var

Yevlaxda ağır qəza: yaralılar var

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

ONN media xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. VAZ markalı avtomobillə digər minik nəqliyyat vasitəsinin toqquşması nəticəsində Goranboy rayon sakinləri, 1974-cü il təvəllüdlü Gülnarə Rəhimova və 2003-cü il təvəllüdlü Türkan Rəhimova xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt