İlham Əliyevin Banqladeş prezidentinə məktubu

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidentinə məktub göndərib.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti