Eyvazov onu şöbə rəisi təyin etdi

Eyvazov onu şöbə rəisi təyin etdi

Polis mayoru Şükür İbrahimov Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə rəis təyin olunub.

ONN media xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.

Geri qayıt