Mirqafar Seyidov vəzifəsindən azad edildi

Mirqafar Seyidov vəzifəsindən azad edildi

Polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, bu barədə daxili işlər, naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Geri qayıt