Amaşovdan Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA

Amaşovdan Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA

Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

ONN media  xəbər verir ki, Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib.

O bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.

Geri qayıt