Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək

Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək

Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri üç ay müddətində hazırlanacaq.

ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmanda qeyd olunub.

Qeyd edək ki, fərmanla Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Geri qayıt