Qarabağın digər ərazilərinə də avtobuslar açılacaq - Nazir

Qarabağın digər ərazilərinə də avtobuslar açılacaq - Nazir

Şuşa və Ağdam ilə yanaşı işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır.

ONN media  xəbər verir ki, bunu Report-a rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyevin sözlərinə görə, Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reysləri cənab Prezidentin tapşırığına uyğun olaraq “Qarabağa böyük qayıdış” planının tərkib hissəsidir:

"Reyslər başlanarkən də biz demişdik ki, reysləri müntəzəmliyi, onun ayda neçə dəfə və hansı istiqamətdə olması tələbə bağlı məsələ olacaq. Bildiyiniz kimi artıq Bakıdan Şuşa istiqamətinə həftədə 3 dəfə reyslər təşkil olunub. Ağdam istiqamətinə də bir neçə yerdən reyslər təşkil edilir".

Geri qayıt