Sabah su olmayacaq

Sabah su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Azərsu ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Geri qayıt