Məktəbdə 4 uşaq anası qətlə yetirildi

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.
İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.
Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.