Stalinin heykəlini qırmızıya boyadılar

Stalinin heykəlini qırmızıya boyadılar

Gürcüstanın Qori bələdiyyəsinin Variani kəndində yenicə ucaldılan İosif Stalinin heykəli naməlum şəxslər tərəfindən qırmızı rəngə boyadılıb. 

ONN media  xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkələrdə yayımlanıb. 

Qeyd edək ki, heykəlin kənd sakinlərinin təşəbbüsü əsasında ucaldıldığı bildirilsə də, buna hansı qurumun icazə verdiyi bəlli deyil.

Geri qayıt