Azərbaycan vətəndaşı İnterpola verildi

40 yaşlı Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.
ONN media xəbər verir ki, qanunsuz odlu silahları saxlamaqda, satmaqda təqsirləndirilən Tale İbrahimovun axtarışa verilməsi barədə elan İnterpolun saytında yerləşdirilib.
Azərbaycanın hüquq-mühafizə orqanları odlu silahların saxlamaqda, satmaqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.