Ruslar 5 rayonda və Krımdan sərhədə hücum edib

Ruslar 5 rayonda və Krımdan sərhədə hücum edib

ONN İnformasiya Agentliyi Ukrayna Dövlət Sərhəd Xidmətindən aldığı məlumata əsasən xəbər verir ki, səhər saat 5 radələrində rus qoşunları Rusiya və Belarusdan dövlət sərhədinə hücum ediblər.

Məlumatda deyilir ki, Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətləri və Krım Muxtar Respublikası istiqamətindən sərhəd bölmələrinə, sərhəd naryadlarına və keçid məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir.




Geri qayıt