Biz döyüşürük, Qərb uzaqdan izləyir - Zelenski

Biz döyüşürük, Qərb uzaqdan izləyir - Zelenski

Biz yalnız döyüşürük. Qərb ölkələri uzaqdan müşahidə edirlər.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.

“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, - o söyləyib.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib:

“Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.

Geri qayıt