SON DƏQİQƏ: Daha bir rus təyyarəsi vuruldu

Ukrayna hərbçiləri Çerkassı vilayətinin Zolotonoşa rayonunda Rusiya təyyarəsini vurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər hazırda təyyarənim pilotunu axtarırlar.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisin Çerkassı vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
"Bu gün, fevralın 25-də, saat 08:30 radələrində (Bakı vaxtı ilə 10:30) Zolotonoşa rayonunun Voznesenske kəndi yaxınlığında hərbçilərimiz düşmən təyyarəsini vurub. Pilot təyyarədən çıxa bilib. Zəhmət olmasa, şübhəli şəxslərə xüsusi diqqət yetirin, xüsusən də taktiki və ya qırmızı elementlərlə olan hərbi uniformalılara. O, Zolotonoşa rayonunda ola bilər və başqa şəhərə getmək üçün yoldan keçən nəqliyyat vasitələrini dayandırmağa çalışa bilər”, - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları pilotun yerini müəyyən etmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.