Qərb Ukraynanı necə aldatdı? - Yaycı

Qərb Ukraynanı necə aldatdı? - Yaycı

NATO-nun üzvü olmayan Ukrayna müharibə də aparmayacaqdı. Amma “NATO-ya üzv ol, Ukrayna” deyə çağırış etdilər. Üzv ola bilməzdi. Bəs bu, nə söz-söhbətdir? Axı, əraziləri işğal olunmuş və ya sərhəd problemi olan dövlətlər NATO-ya qəbul edilə bilməz.

ONN media xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ehtiyatda olan kontr-admiralı Cihad Yaycı çıxış edib.

“Kiyev NATO-ya üzv olsaydı, nə baş verərdi? 5-ci bənd dərhal qüvvəyə minərdi. 5-ci maddə nədir? - Bir nəfər hamı üçün, hamı bir nəfər üçün! İndi isə NATO-nun Rusiya ilə müharibəyə başlaması hüquqi baxımdan mümkün deyil”, - Yaycı qeyd edib.(axar.az)

Geri qayıt