Xarkovda qaz kəməri partladıldı - Video

Xarkovda qaz kəməri rus ordusu tərəfindən partladılıb.
ONN media xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti məlumat yayıb.
"Biz dezinformasiyaya qarşı xəbərdarlıq edirik: bu, nüvə zərbəsi deyil, baxmayaraq ki, partlayış vizual olaraq belə görünür",- məlumatda deyilib.