Belçika Ukraynaya əlavə silah və sursat göndərir

Belçika Ukraynaya əlavə silah və sursat göndərir

Belçika Ukraynaya 3000 avtomat və 200 tank əleyhinə qumbaraatan göndərir.

ONN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz Tvitter hesabında yazıb ki, Belçika Ukraynaya yeni hərbi yardım hazırlayıb. "Dünənki razılaşmalara əlavə olaraq Belçikanın bizə daha 3000 avtomat və 200 tank əleyhinə qumbaraatan göndərdiyini bilmək xoş idi" deyə o yazıb.

Xatırladaq ki, bir gün əvvəl Belçika Ukraynaya 3800 ton yanacaq və 2000 pulemyot verəcəklərini açıqlamışdı.



Geri qayıt