Putinin Zelenskiyə hazırladığı ŞOK SUİ-QƏSD

Kreml adından 400-dən çox rus muzdlu Kiyevdə fəaliyyət göstərir və Zelenskiyə sui-qəsd üçün çalışır.
ONN media xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Bildirilib ki, buna görə terrorçulara böyük miqdarda maliyyə vəd edilib.
"Onlara Prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və Rusiyanın Ukraynanı ələ keçirməsi üçün zəmin hazırlamaq tapşırılıb. Prezident Putinin ən yaxın müttəfiqlərindən birinin rəhbərlik etdiyi "Vaqner" qrupu 5 həftə əvvəl Afrikadan külli miqdarda maliyyə mükafatı müqabilində Zelenski hökumətinin başını kəsmək tapşırığı ilə muzdlu əsgərlər göndərib”, - məqalədə qeyd olunub.