Zmeynı adasındakı ukraynalı hərbçilər sağdır

Zmeynı adasının dəniz piyadaları və sərhədçiləri sağdır, lakin rus işğalçıları tərəfindən əsir götürülüb.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Zmeynı adasında müdafiəçilərimiz arasında ölən və yaralananların ola biləcəyi barədə məlumat aldıq. “Sapphire MPRS” mülki gəmisini yardım məqsədilə adaya göndərdik. Lakin heyət üzvlərini qanunsuz olaraq ruslar ələ keçiriblər. Hər hansı hərbi tapşırığı yerinə yetirməyən mülki gəminin qanunsuz olaraq ələ keçirilməsi qaydaların pozulması və müharibə qanunlarına, beynəlxalq humanitar hüquqa ziddir”, - qeyd olunur.
Ukrayna Rusiyadan qanunsuz əsir götürülmüş Ukrayna vətəndaşlarının dərhal azad edilməsini tələb edir:
"Zmeynı adasında rus işğalçıları tərəfindən əsir götürülən dəniz piyadaları və sərhədçilərin sağ olduğunu öyrənməkdən çox məmnunuq! Onların geri qaytarılmasını tələb edirik”.