Rus ordusu bu kəndləri kasetli bombalarla vurur
Ukrayna vilayətinin Çerniqov yaxınlığında rus qoşunları şəhərətrafı kəndlərə - Kienka və Pavlovkaya kasetli bombalarla zərbələr endiriblər.
ONN media xəbər verir ki, bu barədə “Şimal” operativ komandanlığından məlumat verilib.
Rus ordusunun zərbələrinə rəğmən şəhərətrafı kəndlərdə asayişin təmin edildiyi bildirilib.
Kəndlərdə onlarla evin dağıdıldığı, ölən və yaralananların olduğu bildirilib
