Britaniyadan Rusiyaya daha sərt qadağa

ONN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniya daha üç Rusiya bankının - VEB, Sovcombank və Otkrytie Bankın aktivlərini donduracağını elən edib. Eyni zamanda “Qazprom” kimi Rusiya nəhəngləri artıq Londonda borc və ya səhmlərin dövriyyəyə buraxılma əməliyyatlarını apara bilməyəcəklər.
Məlumatda o da bildirilir ki, Britaniyadan Rusiyaya ixrac qadağaları da tədbiq edilir. Buna əsasən mikroelektronika, dəniz və naviqasiya avadanlığı kimi yüksək texnologiyalı avadanlıqlar daxildir. Bu, qadağa əsasən Rusiyanın hərbi-sənaye potensialını zəiflədəcək və uzun illər Rusiya iqtisadiyyatının inkişafını iflic vəziyyətə salacaq.