Dünyanın ən yaxşı pilotu Ukraynada döyüşdə həlak oldu

Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə həlak olub.
ONN media xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman ölüb.
Aleksandr Oksançenko döyüş təyyarələrinin ən yaxşı akrobatik pilotlarından biri hesab olunurdu.
Ukrayna Prezidenti Vladimir Zelenski polkovnik Oksançenkoyu ölümündən sonra Ukrayna Qəhrəmanı adı ilə təltif edib.
Oksançenkonun 2 mindən çox uçuş saatı olub, üstəlik o, akrobatikanın ən çətin elementlərini qüsursuz yerinə yetirirdi.
Polkovnik “SIAF”, “The Royal International Air Tattoo”, “International Airshow-2017”, “Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb.
Onun akrobatika tərzi bütün dünyada tanınır.(publika)