NATO ölkələri Ukraynaya onlarla qırıcı göndərir

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdirilə biləcək 70 hərbi təyyarə göndərir.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 verir! Lazım gələrsə, onlar ukraynalı pilotların döyüş tapşırıqlarını yerinə yetirəcəkləri Polşa aerodromlarında yerləşdirilə biləcəklər”, - məlumatda deyilir.
Onun sözlərinə görə, Bolqarıstan Ukraynaya 16 MiQ-29 qırıcısı və 14 Su-25 hücum təyyarəsi, Polşa 28 MiQ-29, Slovakiya isə12 MiQ-29 verir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Cozef Borrel bildirib ki, Aİ xarici işlər nazirləri Ukraynaya 450 milyon avro dəyərində silahlar verməyə razılaşıblar. Bundan başqa, Borrel Aİ-nin Ukraynaya hərbi təyyarələr tədarük edəcəyini bildirib.