Odessada hərbi hissəyə raket zərbələri endirildi

İzmail şəhərinin (Odessa vilayətinin şimalında) Loşçinovka kəndi raketlərlə atəşə tutulub.
ONN media xəbər verir ki, bu barədə şəhər meri Andrey Abramçenko məlumat verib.
“Hörmətli İzmaillilər! Loşçinovka kəndindəki hərbi hissəyə raket zərbəsi endirilib”, - mer bildirib.
Qeyd edək ki, hərbi hissələr İzmail-Odessa magistralının Loşçinovka ərazisində yerləşir. Onlar hava hücumundan müdafiə qüvvələrinin bir hissəsidir.
Abramçenko atəşin nəticələri, yaralanan və ölənlərin sayı, dəymiş ziyan barədə məlumat verməyib.
Odessa Vilayət Dövlət Administrasiyası yanında İctimai Şuranın rəhbəri Serqey Bratçuk bildirib ki, Loşçinovkaya raket hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.