Rublda tarixi rekord: Minimuma endi
Moskva birjasında alqı-satqı əməliyyatları zamanı dollar və avronun məzənnələri tarixi maksimumlarını yeniləyib.
Hərrac zamanı dollar 110 rublu, avro isə 122 rublu ötüb.
Bakı vaxtı ilə saat 13:08-də avronun məzənnəsi 8,8% artaraq 122,39 rubl təşkil edib. Saat 12:24-də isə dollar 8,66% bahalaşaraq 110 rubla yüksəlib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ardıcıl 3 gün Moskva birjasının birjalar bölməsində ticarəti bərpa etməmək qərarı verib. Bu isə 1998-ci ildən bəri ən uzun müddətdə Moskva birjasının ən bağlı qalması deməkdir.
