Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi - İDDİA

Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi - İDDİA

ONN media xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti öz Facebook səhifəsində əsir götürülmüş Rusiya əsgərinin martın 2-də videosunu nümayiş etdirib.

Əsir iddia edib ki, “Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi”. O, bildirib ki, əsgərlərə üç günlük təhçizat verilib.

Məlumatda qeyd edilir ki, "saxlanılan işğalçının sözlərinə görə, Rusiya Federasiyasının ali rəhbərliyinin göstərişi ilə işğalçılardan telefon və sənədlər götürülüb, onlara yemək və su verilib və Ukrayna ilə döyüşə göndərilib. "


Geri qayıt