Dünya Bankı Rusiya və Belarusdakı layihələri dayandırır

Dünya Bankı Rusiya və Belarusdakı layihələri dayandırır

Dünya Bankı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırmaq qərarına gəlib.

ONN media xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı bəyanatda qeyd olunub.

"Dünya Bankı 2014-cü ildən bəri Rusiyaya hər hansı yeni kredit və ya investisiyaları təsdiq etməyib. Həmçinin 2020-ci ilin ortalarından Belarusa yeni kreditlərin verilməsi təsdiqlənməyib. Rusiyanın Ukraynanı işğal etməsindən və Ukrayna xalqına qarşı hərbi əməliyyatlardan sonra Dünya Bankı Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırıb”, - sənəddə deyilir.

Geri qayıt