BMT-dən Ukrayna ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: 1 milyon insan...

Rusiya qoşunlarının Ukraynaya işğal hücumu başlayandan bəri 1 milyon insan Ukraynanı tərk edib.
ONN media xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
“Cəmi 7 gün ərzində biz 1 milyon qaçqının Ukraynadan qonşu ölkələrə getdiyinin şahidi olduq” - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib.
O əlavə edib ki, Ukrayna daxilində milyonlarla insana humanitar yardım göstərilə bilməsi üçün susmağın vaxtı çatıb.