Rusiyanın itkiləri açıqlandı - DƏHŞƏTLİ RƏQƏMLƏR

Fevralın 24-dən martın 3-dək olan müddət ərzində hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya Silahlı Qüvvələrinin məhv edilən hərbi texnikalarının, döyüş maşınlarının və qırıcılarının sayını da açıqlayıb.
“Rusiya ordusu 217 tank, 900 Piyadaların Döyüş Maşını, 90 artilleriya qurğusu, 42 reaktiv atəş sistemi, 30 hərbi təyyarə, 31 hərbi helikopter, 374 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 3 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib”, - məlumatda deyilir.