Rusiyada Qalkinə qarşı təzyiqlər davam edir - Konserti ləğv olundu

Rusiyada tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkinə qarşı sanksiyalar davam edir.
ONN media xəbər verir ki, Qalkinin martın 14-də Arxangelskdə baş tutması gözlənilən konserti qalmaqallı formada ləğv olunub. Buna səbəb sənətçinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini ortaya qoyaraq Rusiyanın hücumunun əleyhinə çıxış etməsi olub.
Bildirlib ki, bundan sonra bir çox yerli sakinlər konsert zalının kassasına gələrək biletlərin pulunu qaytarmağı tələb ediblər. Narazılıqların çox olması səbəbindən administrasiyanın nümayəndəsi ümumiyyətlə tədbirin ləğv olunduğunu bildirib:
“Vəziyyəti lazımi qurumlara çatdırdıq və nəticədə martın 14-də Qalkinin konsertinin olmayacağına qərar verdilər. Konsert ləğv edilib”.
Sonda biletlərin pullarının alıcılara qaytarılacağı vurğulanıb. Bu dəfə də Qalkindən mövzu ilə bağlı hər hansı açıqlama gələmyib.
Qeyd edək ki, bundan əvvəl Qalkinin iştirakı ilə çəkilmiş “Uralsib” bankının reklamı efirdən yığışdırılıb.(axsam.az)