Bu gün Xarkovdan nə qədər azərbaycanlı təxliyə ediləcək?

Bu gün Xarkovdan nə qədər  azərbaycanlı təxliyə ediləcək?

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.

 ONN media xəbər verir ki, bunu “Report”a açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana yola salınması gözlənilir".

Geri qayıt