Rusiyada Feysbuk bloklandı

Rusiyada Feysbuk bloklanıb.
ONN media xəbər verir ki, bu barədə “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) saytında məlumat dərc edilib.
Qeyd olunub ki, 2020-ci ilin oktyabr ayından Rusiyada mediaya qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - məlumatda bildirilib.