Əgər Putin Rusiyanı təcrid etmək istəyirdisə, onun planı baş tutdu - Blinken

ONN İnformasiya Agentliyi ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin martın 4-də Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilənin “plan üzrə getdiyi” barədə sözlərini şübhə altına alıb.
O deyib, “Dünən Putin dedi ki, “xüsusi əməliyyat” deyilən “plan üzrə gedir”. Təsəvvür etmək çətindir ki, bu plan Ukrayna xalqının müdafiəsini ruhlandıracaq, NATO və Aİ arasında həmrəyliyi gücləndirəcək, Moskvaya qarşı dünyanı birləşdirəcək, eləcə də Rusiya ilə misli görülməmiş sayda böyük şirkətlər əlaqələri tamamilə kəsəcək."