Çavuşoğlu Lavrov və Kuleba ilə danışdı

Çavuşoğlu Lavrov və Kuleba ilə danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları - Sergey Lavrov və Dmitri Kuleba ilə telefon danışığı aparıb.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Ukrayna ilə davam etməkdə olan siyasi və hərbi böhranın sona çatdırılması barədə müzakirələr aparılıb.

Mövlud Çavuşoğlunun Dmitro Kuleba ilə telefon danışığında əsas müzakirə mövzusu isə Ukraynadakı son yeniliklər və humanitar vəziyyət olub.

Geri qayıt