Rusiya Ukraynada sükut rejimi elan etdi
Rusiya silahlı qüvvələri Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə müraciətini nəzərə alaraq yerli vaxtla saat 10:00-dan etibarən Ukraynada sükut rejimi elan edir və humanitar dəhlizləri açır.
Bu barədə Rusiyanın Ukraynada humanitar yardımların əlaqələndiriməsi üzrə qərargahı məlumat yayıb.
