Rusiya Ukraynada məhv etdiyi texnikaların sayını açıqladı

Rusiya Ukraynada məhv etdiyi texnikaların sayını açıqladı

Rusiya Ukraynada 2396 hərbi obyekti məhv edib.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 82 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 119 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksi, həmçinin 76 radar stansiyası var”, - deyə Konaşenkov bildirib.

O əlavə edib ki, həmçinin 827 tank və digər zirehli maşınlar, 84 yaylım atəşli reaktiv sistem, 304 artilleriya və minaatan qurğusu, 603 xüsusi təyinatlı hərbi texnika, o cümlədən 78 pilotsuz uçuş aparatı da məhv edilib.

Geri qayıt