Putin Ərdoğanla razılaşdı: Nazirlər Antalyada görüşəcək

Rusiya və Ukrayna xarici işlər nazirləri - Sergey Lavrov və Dmitri Kuleba Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda bir araya gələcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, bundan öncə Türkiyə dəfələrlə hər iki tərəfə sülhün əldə olunması üçün vasitəçilik təklif edib.