Zelenski "Ronald Reyqan Azadlıq Medalı" ilə TƏLTİF EDİLDİ

Ukrayna Prezidenti Volodimir Zelenski "Ronald Reyqan Azadlıq Medalı" ilə təltif edilib.
ONN media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, medal Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovaya Ronald Reyqan Prezident Fondunun rəhbəri Frederik Rayan tərəfindən təqdim edilib.
Rayan vurğulayıb ki, bu yüksək mükafat Volodimir Zelenskinin liderliyini, öz gələcəklərini seçmək hüquqlarını müdafiə edən və bütün sivil dünyanı azadlıq və demokratiya dəyərləri uğrunda mübarizəyə ruhlandıran milyonlarla ukraynalının ruhunun yenilməzliyini tanıyır. Prezident Reyqan da həyatını buna həsr edib.