15 ölkədən Ukraynaya hərbi yardım gəlir - Pentaqon

Hazırda 15 ölkədən Ukraynaya hərbi yardım gəlir.
ONN media xəbər verir ki, bunu jurnalistlərə Pentaqonun sözçüsü Con Kirbi deyib.
O, ABŞ-ın Ukraynaya hərbi təchizat göndərməkdə davam etdiyini təsdiqləyib:
“Daha 14 ölkə də belə yardım həyata keçirir”.
Kirbinin sözlərinə görə, ABŞ yüklərin Ukrayna hərbçilərinə çatdığından əmindir.