İlham Əliyev Türkiyəyə gedəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Azərbaycan dövlət başçısının səfəri martın 10-da baş tutacaq.
Türkiyə Prezidenti xatırladıb ki, martın 9-da İsrail Prezidenti ölkəsinə səfərə gələcək.
