“Coca-Cola” da Rusiyada fəaliyyətini dayandırdı

“Coca-Cola” da Rusiyada fəaliyyətini dayandırdı

“Coca-Cola” şirkəti də Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.

ONN media xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub.

““Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir.  Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.

Geri qayıt