Şəmkirdə ana və 3 azyaşlı övladı itkin düşdü

Şəmkirdə ana və 3 azyaşlı övladı itkin düşdü

Şəmkir rayonunun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova, onun 7 və 6 yaşlı oğlu, 4 yaşlı qızı mart ayının 9-u səhər saatlarında  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Artıq itkin düşən qadının yaxınları polisə məlumat veriblər. 

ONN media bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Publika.az-ın yerli bürosuna bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-i rəsmi məlumat daxil olub.  

"Hazırda itkin düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək" - deyə E.Qasımov qeyd edib. 

Məlumat üçün bildirək ki, Səriyyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstədir.

Geri qayıt